Məşhur aktyorlar yenə bir araya gəldilər - FOTO
Bir zamanların izlənmə rekordu qıran türk serialı Aşkı-Memnunun aktyorları və rejissoru bir araya gəlib.
1news.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2008-ci ildə yayımlanan "Aşk-ı Memnu"-nun Behlül və Bihter obrazlarına həyat verən ikilisi Kıvanç Tatlıtuğ və Beren Saat serialın rejissoru Hilal Saral ilə görüşüblər.
Bu haqda fotonu H.Saral öz media hesabında paylaşıb.
Məlumat üçün qeyd edək ki, sözügedən serial təkrarları yayımlanan zaman da dəfələrlə izləmə rekordu qırıb.
Qeyd edək ki, bu ilin sentyabr ayında B.Saat və K.Tatlıtuğ Nyu-York-da bir layihə üçün görüşmüşdülər.
Hələki, layihə haqqında məlumat verilməyib.
1505