Ağstafada narkotik təsiri altında avtomobil sürən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağstafada narkotik təsiri altında avtomobil sürən şəxs saxlanılıb

09:53 - 15 / 12 / 2022
Ağstafada narkotik təsiri altında avtomobil sürən şəxs saxlanılıb

Ağstafa Rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan 1news.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Nazir Hüseynov narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən N.Hüseynov narkotik vasitədən istifadə etdiyi məlum olub.

Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 30 sutka inzibati qaydada həbs edilib.

Paylaş:
228

Son xəbərlər

Bütün xəbərlər