Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib - FHN | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib - FHN

Qafar Ağayev11:56 - 15 / 12 / 2022
Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib - FHN

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirlikdən 1news.az-a bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 18 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib. Həmçinin, Bakı şəhərinin Qaradağ rayonunda “ВAЗ” markalı minik avtomobilinin "Volvo" markalı yük avtomobilinə çırpılması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 2 nəfər sağ, digər 2 nəfərin isə meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
284

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər