Müəllimlər öz fənnini yaxşı biliimi? - “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Müəllimlər öz fənnini yaxşı biliimi? - “Çıxışa doğru”da MÜZAKİRƏ

23:57 - 15 / 12 / 2022
Müəllimlər öz fənnini yaxşı biliimi? - “Çıxışa doğru”da MÜZAKİRƏ

Müəllimlərin diasqnostik qiymətlədirməsinin nəticəsi əsasında məlum olub ki, təhsil sahəsində öz ixtisas fənlərini kifayət qədər yaxşı bilməyən insanlar var. Sayı çox olmasa da belə müəllimlər bu gün də sistemdə çalışırlar.

Vaxtilə işəgötürənlərin məsuliyyətsizliyi, sui-istifadə hallarına yol verməsi nəticəsində lazım olmayan əlavə işçilər işə götürülüb. Bu hal rayon, kənd məktəblərində xüsusilə məşhur idi. Bu gün görürsən ki, məktəbdə fənn üzrə cəmi 15 dərs saatı var, amma 3 müəllim işləyir. Elə məktəblər var ki, orada 18 ibtidai sinif, 26 ibtidai sinif müəllimi var. Təbii ki, həmin məktəblərdə optimallaşdırma aparmaq üçün yollardan biri çalışma müddəti başa çatan işçinin əmək müqaviləsinə xitam verməkdir...

1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Müəllimlər öz fənnini yaxşı biliimi?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları İlqar Orucov - Elm və Təhsil Nazirliyi yanında ictimai şuranın üzvü, fəlsəfə doktoru, Şəmil Sadiq – "Hədəf" liseyinin qurucu direktoru, təhsil texnoloqu, Rasif Dünyamalıyev - təhsil idarəetməsi üzrə mütəxəssis və Elşən Qafarov - təhsil üzrə mütəxəssis, yazıçı-kulturoloq, mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
312

Son xəbərlər

Bütün xəbərlər