İdarə rəisi: Tərtər Rayon Sol Sahil Magistral kanalının bərpası gələn ilin oktyabrında bitəcək - FOTO
“Hazırda bərpa təmir-bərpa işləri davam edən Tərtər Rayon Sol Sahil Magistral kanalının uzunluğu 22,4 kilometrdir”.
1news.az xəbər verir ki, bunu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tərtər Hidroqovşaq İstismar İdarəsinin rəisi Emil Hacıyev Tərtər rayonu "Suqovuşan" su anbarının Sağ Sahil Magistral Kanal və Sol Sahil Magistral kanallarıda görülən təmir-bərpa işləri ilə bağlı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin təşkil etdiyi mediaturda jurnalistlərə açıqlamasında deyib.
“Bu kanalın sukeçirtmə qabiliyyəti saniyədə 20 kubdur. Kanal Goranboy, Bərdə, Yevlax və Tərtər rayonunun solunda yerləşən kəndləri əhatə edəcək. Ümumilikdə 29 min hektar sahəni suvarır, , kanal vasitəsilə ilə əsasən taxıl, pambıq, günəbaxan, şəkər çuğunduru, bostan bitkilərinin suvarılmasında istifadə ediləcək.
Emin Hacıyev deyib ki, kanalın təmir-tikinti işlərinə 15 gün öncə başlanılıb.
“2023-cü il oktyabr ayında yekunlaşacağı planlaşdırılır”.
O, həmçinin əlavə edib ki, Tərtər Rayon sol Sahil Magistral kanalı əvvəllərdə mövcud olub.
“Ancaq birinci Qarabağ müharibəsindən sonra bu kanala su gəlməyib. Məlum hadisələrlə əlaqədar Suqovuşan su anbarı bizdə olmadığına görə kanalın aşağı hissəsi - 121-ci piketdən sonra su olub, Ora da suyu “Xan arx” torpaq kanalından vermişik. Kanalın yuxarı hissəsi, 5250 metri Sağ Sahil Magistral kanalını ilə paralel olaraq təmir edilir. Hər ikisi eyni vaxtda təmir olunacaq və kanal istifadəyə veriləndən sonra suyu buradan verəcəyik, mənbə “Suqovuşan” Su Anbarındandır”.
Foto: Nadir İbrahimli
Tərtər