Qubada evdən meyit tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada evdən meyit tapıldı

17:25 - 16 / 12 / 2022
Qubada evdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Quba şəhərində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən 1news.az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Paylaş:
464

Son xəbərlər

Bütün xəbərlər