Anar Turan: “Aksiyalar tələblər yerinə yetirilənədək səngiməməlidir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Anar Turan: “Aksiyalar tələblər yerinə yetirilənədək səngiməməlidir”

17:40 - 16 / 12 / 2022
Anar Turan: “Aksiyalar tələblər yerinə yetirilənədək səngiməməlidir”

"Artıq 5 gündür ki, Laçın dəhlizində tanınmış ictimaiyyət nümayəndələrini, QHT sədrlərinin və könüllülərinin iştirak etdiyi etiraz aksiyası davam edir. Bizim də təşkilat öz üzvləri ilə aksiyalara qatılıb".

Bu fikirləri 1news.az-a açıqlamasında “Milli Fikir və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Anar Turan bildirib.

"Mən həm media nümayəndəsi, həm də QHT təmsilçisi olaraq aksiyalarda iştirak etdim, müşahidələrimi apardım. Olduqca sivil aksiyadır və erməni saxta xəbərlərinin əksinə olaraq Xankəndiyə gedən hər hansı təcili yardım maşınının geri qaytarılması kimi hal baş verməyib".

"Biz sülhməramlılardan tələb edirik ki, beynəlxalq hüquq baxımından qanuni torpaqlarımız olan Qarabağın dağlıq ərazilərində ətraf mühitin monitorinqi üçün ekeloloqlarımıza şərait yaradılsın" - deyə, QHT sədri qeyd edib:

"General-mayor Aleksey Volkov bura gəlsin və cəmiyyətimizi narahat edən haqlı suallarımıza cavab versin".

"Aksiyalar tələblər yerinə yetirilədək səngiməməlidir. Biz tələblərimizdə israrlıyıq. Qarşı tərəf anlamalıdır ki, biz zarafat etmirik, tələblərimiz də kifayət qədər ciddidir. Əgər onlar etirazlarımıza məhəl qoymasa biz axıradək davam edəcəyik. Sülhməramlılar da yaxşı olar ki, birtərəfli deyil, bitərəf missiya daşıyıcısı olduğunu unutmasınlar".

Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.

Paylaş:
1384

Son xəbərlər

Bütün xəbərlər