Deputat: Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası iştirakçılarının tələbləri haqlıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat: Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası iştirakçılarının tələbləri haqlıdır

11:13 - 16 / 12 / 2022
Deputat: Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası iştirakçılarının tələbləri haqlıdır

"Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası iştirakçılarının tələbləri haqlıdır. Fərəhverici hal odur ki, digər təbəqələrlə yanaşı gənclərimiz də Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasında aktiv şəkildə iştirak edirlər".

1news.az Report-a istinadla xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin dekabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, bununla da onlar ermənilərin vaxtilə yaratdığı mifin əksini göstərərək nəinki tarixi unudur, eləcə də bu gün köhnə nəsildən daha fəal şəkildə xalqını, dövlətini sevir.

“Bir neçə gündür ekoaktivistlər və QHT nümayəndələri Qarabağ bölgəsində etiraz aksiyası keçirirlər. Onlar haqlı olaraq erməni terrorçularının qanunsuz əməlllərinə etiraz edir. Aksiya iştirakçıları Azərbaycan ərazilərində monitorinqlərin keçirilməsini haqlı olaraq tələb edir. Hamımız bunu dəstəkləyirik və sona qədər onların yanındayıq. Onlar Azərbaycan vətəndaşı kimi haqlı işin ucundan yapışıb gedirlər” – S.Novruzov əlavə edib.

Paylaş:
399

Son xəbərlər

Bütün xəbərlər