Şuşa, Kəlbəcər və Laçının havası açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşa, Kəlbəcər və Laçının havası açıqlandı

13:10 - 17 / 12 / 2022
Şuşa, Kəlbəcər və Laçının havası açıqlandı

Şuşa, Kəlbəcər Laçında dekabrın 17-si hava şəraitinin gün ərzində arabir az yağıntılı olacağı, axşam isə əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Zəif qərb küləyinin əsəcəyi, havanın temperaturunun gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, axşam 3 dərəcəyədək şaxta olacağı proqnozlaşdırılır.

Dekabrın 18-də hava şəraitinin yağmursuz keçəcəyi, səhər və axşam arabir duman olacağı gözlənilir. Qərb küləyinin sürəti 3-8 m/s olacaq. Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Dekabrın 19-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi axşam mülayim qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Paylaş:
496

Son xəbərlər

Bütün xəbərlər