“Fikrət Əmirov” filminin təqdimatı keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Fikrət Əmirov” filminin təqdimatı keçiriləcək

10:21 - 19 / 12 / 2022
“Fikrət Əmirov” filminin təqdimatı keçiriləcək

Dahi bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunan filmin ilk nümayişi dekabr ayının 19-da saat 19.00-da Heydər Əliyev Sarayında keçiriləcək.

1news.az-ın məlumatına görə, “Fikrət Əmirov” bədii-sənədli filmi dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edir. Filmdə müsahibələrlə yanaşı, bədii səhnələrə də yer verilib. Çəkilişlər Bakıda, Gəncədə və Şuşada aparılıb.

“Fikrət Əmirov” bədii-sənədli filmi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin ssenari müəllifi və rejissoru Vaqif Mustafayev, operatoru Orxan Abbasov, ikinci rejissoru Çingiz Həsənov, montaj rejissoru Əsgər Rəhimov, prodüseri Nazim Hüseynovdur.

1news.az

Paylaş:
370

Son xəbərlər

Bütün xəbərlər