Bakıda qəribə hadisə, toyu dayandırıb dünya çempionatını izlədilər - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qəribə hadisə, toyu dayandırıb dünya çempionatını izlədilər - VİDEO

Qafar Ağayev12:55 - 19 / 12 / 2022
Bakıda qəribə hadisə, toyu dayandırıb dünya çempionatını izlədilər - VİDEO

Bakıda toylardan birində maraqlı, eyni zamanda, gözlənilməz hadisə yaşanıb.

1news.az Oxu.az-a istinadən xəbər verir ki, toya gələn qonaqlar futbol üzrə dünya çempionatının həlledici görüşündə penaltilər seriyasına baxmaq üçün toyu bir müddət dayandırıblar.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, final oyununda Argentina və Fransa yığmaları üz-üzə gəlib. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə olunan vaxtda tərəflər hərəyə bir dəfə fərqləniblər və qarşılaşmanın qalibi penaltilər seriyasında müəyyənləşməli olub.

Burada Argentina millisi üstün olub və dünya çempionluğunu qazanıb.

Paylaş:
511

Son xəbərlər

Bütün xəbərlər