Umayra Tağıyeva: “Havanın temperaturunun anomal gedişi gözlənilir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Umayra Tağıyeva: “Havanın temperaturunun anomal gedişi gözlənilir”

Ayşən İsmayılova12:56 - 19 / 12 / 2022
Umayra Tağıyeva: “Havanın temperaturunun anomal gedişi gözlənilir”

Son günlər davam edən və dekabr ayı üçün nisbətən mülayim hava şəraitindən sonra bu gecədən, yəni 19-dan 20-ə keçən gecədən başlayaraq respublikanın şimal və şərq rayonlarında, 20-də isə gün ərzində əksər rayonlarda havanın yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Bunu 1news.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

"Proses şimal küləyini güclənməsi ilə müşayiət olunacaq. Əsasən Kür vadisi rayonlarında, eyni zamanda Bakıda və Abşeron yarımadasında bu axşamdan başlayaraq şimal-qərb küləyi 15-20, gecəyə doğru isə 25 metrə qədər güclənməsi proqnozlaşdırılır.

Sabah gün ərzində bəzi yerlərdə küləyin maksimal sürəti 30-33 metrə qədər çatacaq.

Havanın temperaturunun anomal gedişi gözlənilir. Gecə saatlarında havanın temperaturu 6-7 dərəcə , sabah günorta saatlarında isə cəmi 4 dərəcə isti olacaq. Bu da küləyin güclənməsi və soyuq atmosfer cəbhəsinin ölkə ərzisindən keçməsi ilə bağlıdır. Proses qısa müddətlidir. Respublikanın yağıntılar ayın 21-də gündüz tədricən kəsiləcək. Bakıda və Abşeron yarımadasında havanın tutqun keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ayın 21-də yağıntılar səhər saatlarında kəsiləcək.

Respublikanın dağlıq və dağətəyi rayonlarında şaxtalı hava şəraiti ilə bağlı gecə saatlarında 10-15 dərəcə, gündüz saatlarında 3-7 dərəcə şaxta olacağı gözlənilir. Qarın yağması nəticəsində yolların buz bağlayacağı ehtimalı var".

Paylaş:
879

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər