Bakı məktəblərində olan şagird və müəllimlərin sayı açıqlanıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 331 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Bu barədə 1news.az-a idarədən məlumat verilib.
Bildirilib ki, BŞTİ-nin tabeliyindəki məktəblərdə 483 223 şagirdin təlim-tərbiyəsi ilə 28 437 müəllim məşğul olur.
“BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 45 245, IX siniflərində 40 023, XI siniflərində 26 438, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər şagird təhsil alır” – deyə, idarənin məlumatında qeyd edilir.
368