Azad olunmuş ərazilərə qanunsuz keçmək istəyən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad olunmuş ərazilərə qanunsuz keçmək istəyən şəxs saxlanılıb

Qafar Ağayev16:00 - 20 / 12 / 2022
Azad olunmuş ərazilərə qanunsuz keçmək istəyən şəxs saxlanılıb

Azad olunmuş ərazilərə qanunsuz keçmək istəyən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini Xəyal Quliyev idarə etdiyi avtomobillə rayonun işğaldan azad edilmiş ərazilərinə stasionar postlardan kənar yollarla daxil olmaq istəyərkən saxlanılıb.

Yoxlamalar zamanı onun müvafiq icazəsinin olmadığı müəyyən edilib.

X.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Qərara əsasən 25 gün müddətinə inzibati qaydada həbs edilib.

Paylaş:
406

Son xəbərlər

Bütün xəbərlər