İcraçı direktor: “Məqsədimiz yerli pasiyentlərlə yanaşı, xarici pasiyentlərə də xidmət etməkdir”
“Məqsədimiz odur ki, yalnız yerli pasiyentlərə deyil, xarici pasiyentlərə də xidmət edək”.
1news.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
O, bildirib ki, hazırda ölkə xaricindən Azərbaycanın tibb müəssisələrinə müraciət edənlərin sayı azdır.
“Tibb müəssisələrinin rəhbərlərindən istədiyimiz odur ki, həkimləri, tibb personalını xaricdə təlimlərə göndərsinlər. Məqsədimiz odur ki, həkimlərimiz yalnız ölkədə deyil, xaricdə də tanınsın. Bu istiqamətdə əlimizdən gələn köməyi edəcəyik”.
531