“Koronavirusla bağlı yaradılan modul tipli xəstəxanaların təyinatı dəyişdiriləcək”
“Azərbaycanda COVİD-19 virusunun müalicəsi ilə bağılı istifadəyə verilən və hazırda fəaliyyətsiz qalan modul tipli xəstəxanalar tibb müəssisələri kimi fəaliyyətini davam etdirəcək”
1news.az xəbər verir ki, jurnalistlərə açıqlamasında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
"Virus ölkədə yayılanda cənab prezidentin tapşırığı ilə ölkədə modul tipli xəstəxanalar inşa olundu. Nəticədə ölkə üzrə çarpayı fondunda 2 minə yaxın artım müşahidə olundu” - deyə, V. Qurbanov əlavə edib:
“Hazırda ölkə ərazisində bir müəssisə COVİD-19 virusuna yoluxan xəstələrin müalicəsi ilə məşğuldur. Artıq digər modul xəstəxanaları ilə bağlı layihələrimiz hazırdır. Həmin müəssisələr digər tibb müəssisələri kimi istifadəsi nəzərdə tutulur. Bu da səhiyyəmiz üçün faydalı bir layihə olacaq. Modul xəstəxanaların təyinatı dəyişdiriləcək və adi tibb müəssisələri kimi xidmət göstərəcək".