Bolt sürücüsü gediş sifarişi xidməti ilə əməkdaşlıq təcrübəsi barədə fikirlərini paylaşdı

Gediş sifarişi xidmətləri avtomobil sürən insanlar üçün əlavə qazanc imkanıdır.
Bir çox sürücü üçün isə bu iş əsas gəlir mənbəyidir. Belə işin və ya əlavə qazancın üstünlüyü nədədir? Beyrək Əsgərov Bolt şirkəti ilə əməkdaşlıq təcrübəsi barədə danışdı.
Niyə məhz Bolt?
Bolt şirkəti ilə bu platformada qeydiyyatdan keçən dostumun məsləhəti ilə əməkdaşlıq etməyə başladım. Şəxsi avtomobilim var, dostum təklif etdi ki proqramı yükləyim və pul qazanmağa başlayım. Bu xidmət populyardır, buna görə də hər zaman müştərilərim, yəni sabit gəlirim var.
Sükan arxasında danışmağa yoxsa susmağa üstünlük verirsiniz
Düzünü desəm, mən sərnişinləri söhbətə tutmağı xoşlamıram. Sərnişin özü danışmaq istəməsə, adətən susuram. Lakin söhbət etdiyimiz zaman əsas mövzu şəhərdəki tıxaclar olur. Həmçinin, sərnişinlər tez-tez avtomobil haqqında və sükan arxasında pul qazanmağın sərfəli olub-olmadığı barədə soruşur. Mən Bolt xidməti ilə əməkdaşlığın əsas fəaliyyət növümün olmadığını gizlətmirəm, hər ay əldə etdiyim əlavə qazanc məni tam qane edir. Sərnişin xarici olduqda, ona şəhər və görməli yerlər barədə maraqlı məlumatlar verməyə çalışıram. Rus və ingilis dillərini bildiyim üçün bu zaman çətinliklə üzləşmirəm.
İstirahət haqqında
Bolt platformasında iş mənim ikinci işimdir. Əsas işim də var. Adətən axşamlar pik saatdan sonra işləməyə başlayıram. İstirahətə də vaxt ayırmağa çalışıram. İş və istirahət arasında tarazlığı qorumaq, özünü həddindən artıq yormamaq vacibdir çünki yeni günə gümrah başlamaq lazımdır.
Sərnişinləri daşıyan zaman avtomobilin təmiz olması çox vacibdir. Salonu təmiz saxlayıram, sərnişinin özünü rahat hiss etməsini istəyirəm. Bundan əlavə, istifadəçilər avtomobilin vəziyyətindən hər zaman razı qalır və Bolt proqramında müsbət rəylər yazırlar.
İşinizdə müsbət məqamlar
İşimin bir çox üstünlükləri var. Düşünürəm ki, onların ən əsası yeni tanışlıqlardır. Sərnişinlərdən biri ilə yaxşı dostluq münasibətlərim var, onun toyuna belə getmişəm. Ümumiyyətlə, insanlarla işləmək hər zaman maraqlıdır. Bir çox yeni məlumat əldə edirəm. İşim heç də darıxdırıcı deyil.
Reklam hüququnda