Bakıda tələbə özünü 8-ci mərtəbədən atıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda tələbə özünü 8-ci mərtəbədən atıb

12:17 - 21 / 12 / 2022
Bakıda tələbə özünü 8-ci mərtəbədən atıb

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının yataqxanasında intihar hadisəsi baş verib.

1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında bildirilib.

Məlumata görə, dekabrın 20-də 2002-ci il təvəllüdlü Şamil Qarayevin təhsil aldığı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının yataqxanasının 8-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

1news.az

Paylaş:
284

Son xəbərlər

Bütün xəbərlər