Yeni ilə TOP hədiyyələr - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni ilə TOP hədiyyələr - FOTO

11:30 - 22 / 12 / 2022
Yeni ilə TOP hədiyyələr - FOTO

Yeni ilə lap az vaxt qalıb, siz isə hələ də hədiyyələr barədə qərar verməmisiniz? Biz əzizlərinizə və yaxınlarınıza sevinc bəxş edəcək variantları seçmişik. Gözəl qablaşdıraraq ən ülvi arzularla təqdim etməyi unutmayın!

Ailə üçün

Küknar oyuncaqları

Küknar oyuncaqlarını Yeni ilə də hədiyyə etməyəndən sonra nə vaxt hədiyyə edəcəksiniz?! Eleqant qutuda qış bəzəkləri dəsti – ailə cütlüyü və ya qohumlar üçün rəmzi və aktual hədiyyədir. Hər Yeni ildə sizi xatırladacaq hədiyyə istəyirsinizsə, bu, əsl sizlikdir.

Tərlik dəsti

Heç kim tərliyin çox olmasından şikayələnməz. Bu, xüsusən də qonaqpərvər ailələrə aiddir. Siz hər ailə üzvünə gözəl tərlik cütü və ya “qonaq dəsti” – qonaqpərvər ev sahiblərinin öz qonaqlarına təklif edə biləcəkləri müxtəlif ölçülü qəşəng ev ayaqqabıları dəsti bağışlaya bilərsiniz.

Büllur qədəhlər

Yeni il münasibəti ilə daha çox şampan şərabı üçün tülpan, flyut və ya şale tipli qədəhlər hədiyyə edirlər. Tülpan-qədəhlərdə içkinin çalarları yaxşı təcəssüm edir. Fleyta-qədəhlər (flyut) istehsal ili qədim olmayan köpüklənən şərablar üçün tövsiyə olunur. “Böyük Qetsbi”də piramida düzəldilən kremanka-qədəhlər isə şirin köpüklü şərablar üçün yarayar.

Elektrik burğu

Razılaşın ki, şərab şüşəsini açmaq bəzən elə də asan olmur! Elektrik şərab burğusu sizi butulkalardan probka çıxarmaq kimi yorucu prosesdən həmişəlik azad edəcək. Sadəcə burğunu butulkaya toxundurun, düyməni sıxın... bir neçə saniyə və sevdiyiniz şərabı artıq qədəhlərə süzə bilərsiniz!

“Prestigio” elektrik burğuları

Bluetooth-dinamik

Qoy ailəvi səhərləriniz, xüsusi bayramlarınız və ya dostlarla keçirdiyiniz məclislər musiqisiz keçməsin. Bluetooth-dinamik sevimli melodiyalardan istənilən məkanda zövq almağa fürsət yaradacaq. Xüsusən də gənc ailələr üçün əla Yeni il hədiyyəsidir.

Loewe Portable Speaker WE. HEAR 1

Bəylər üçün

Termocorablar

Çox güman ki, Yeni ildə üzərində maral və qar dənəcikləri təsvir olunmuş çoxlu sayda corab hədiyyə alacaqsınız. Lakin təəssüf ki, bayram bitdikdən sonra onlar unudulur. Amma termocorablar haqqında bunu demək olmaz. Onlar qış qarderobunun, xüsusən də təbiət qoynunda fəal istirahətin və uzun gəzintilərin əvəzsiz atributuna çevriləcək.

Saqqal və bığa qulluq üçün dəst

Əgər hədiyyənin potensial alan şəxs saqqal və/və ya bığ saxlamağı xoşlayırsa, belə bir dəst, şübhəsiz ki, onu sevindirəcək. Bu dəstə qayçı, daraq və şotkalar, kosmetik vasitələr – şampun, gel, yağ və s. daxil ola bilər.

Simsiz kompüter siçanı və klaviatura

Hansı kişi azadlığı sevmir? Bəzilər hətta simli əşyalardan belə azad olmaq istəyirlər. Ona görə də simsiz kompüter siçanı və klaviatura (və ya hər ikisi birlikdə) – kompüter arxasında çox zaman keçirənlər və ya ofisdən kənar işləməyi sevənlər üçün yaxşı hədiyyədir.

Logitech Wireless Touch Keyboard K400 Plus

“Apple Watch”

Ağıllı saat – sevdiyiniz bəy üçün uduşlu variantdır. “Apple Watch” addımları və kaloriləri hesablayır, alış-veriş zamanı telefona ehtiyac duymadan ödəniş etməyə imkan yaradır. Bundan əlavə bildirişləri əks etdirir və qolda dəbdəbəli görünür. Büdcənizə uyğun modeli seçin: “Apple Watch Series 8”, “SE 2 Gen” və ya “Ultra”

“Apple Watch”

Xanımlar üçün

Səhər yeməyi masası

Birbaşa yatağa gətirilən səhər yeməyindən yaxşı nə ola bilər? Təbii ki, məhz belə romantik anlar üçün nəzərdə tutulan xüsusi səhər yeməyi masasında təqdim olunan səhər yeməyi. Yox, əgər bu masa Yeni il hədiyyəsi kimi verilibsə, bunu səhər yeməyinin yatağa gətirilməsini xoş ənənəyə çevirmək niyyəti kimi qiymətləndirmək olar.

Advent təqvim

Yeni il bayramı ərəfəsində demək olar ki, bütün kosmetika və şirniyyat istehsalçıları xüsusi bayram dəstləri təqdim edirlər. Belə bir imkanı qaçırmaq olmaz. Ən əsası – sevdiyiniz xanımın hansı kosmetikaya və ya konfetlərə üstünlük verdiyini bilməkdir. Belə hədiyyənin əsas müsbət cəhəti - əlavə qablaşdırmaya ehtiyac duymayan gözəl xarici görünüşüdür.

Ətirli şam

Ətirli şamlar təkrarolunmaz rahatlıq və romantika atmosferi yaratmaq, əhvali-ruhiyyəni yüksəltmək, enerji və ya komfort bəxş etmək iqtidarındadır. Mumun əriməsi zamanı efir yağları ətrafa əsrarəngiz qoxuya bürüyür. Qış üçün hil, qərənfil, portağal, vanil, şokolad ətirləri xüsusən aktualdır. Digər tərəfdən, tropik ətirlər sizə okean sahilində rahat məzuniyyət atmosferinə bəxş edəcək. Seçim sizindir.

Apple iPhone 13 | 13 mini

Ötüənilki model olmasına baxmayaraq, “iPhone 13” smartfonu top mövqeyini qorumaqda davam edir. Onun üstünlükləri sırasında – güclü akkumulyator, eleqant və möhkəm korpus, hətta zəif işıqlandırmada belə keyfiyyətli foto və video çəkməyə imkan verən təkmilləşdirilmiş ikili kamera sistemi, yeni “Kinoeffekt” rejimi, ideal selfilər üçün əla ön kamera.

Apple iPhone 13 | 13 mini

“Apple AirPods” qulaqlığı

“Apple AirPods” qulaqlıqları olduğunuz məkandan, vaxtdan və nə ilə məşğul olmağınızdan asılı olmayaraq sevimli musiqidən zövq almaq üçün yaradılmışdır. Əla keyfiyyətli səsdən savayı dəbli minimalistik dizayn, sürətli enerji yığma və qoşulma imkanları kimi üstünlüklər də diqqətdən yayınmamalıdır.

Apple AirPods 2 Gen

Uşaqlar üçün

İlin rəmzi ilə olan canlının oyuncağı

Şərq təqviminə görə 2023-cü il Dovşan ilidir. Odur ki, hədiyyəlik oyuncaq seçimi olduqca böyük olacaq. Bura gözəl yumşaq dovşan oyuncaqlarından və uzun qulaqlı pul daxıllarından tutmuş qaçan, qulaqlarını tərpədən və hətta onları yemləməyi tələb edən interaktiv ev heyvanları daxildir.

Bütün yaşlarda olan oğlan uşaqları üçün lego oyuncaqları

Müxtəlif dəstlərdən olan LEGO detalları bir-birinə uyğundur, bu da onları uşağın təxəyyülünü daim stimullaşdıran ideal hədiyyəyə çevirir. Uşaqlar fantaziyalarını işə salaraq “Ulduz müharibələri”ndəki kosmik gəmilərdən dünyanın bütün guşələrindən olan memarlıq nümunələrinə qədər istənilən fiqurlar yarada bilərlər.

Sevimli personajların şəkillərinin əks olunduğu yataq dəsti

Yəqin ki, övladınızın sevimli şou və ya cizgi filmləri qəhrəmanları var. Həmin personajların şəkillərinin əks olunduğu yataq dəstlərinin olduğuna da şübhə etmirik – qalır sadəcə üzərində Anna və Elzanın, Patrul küçüklərinin və ya Qisasçıların təsviri olan lazımi dəsti tapmaq.

Uşaqlar üçün smart-saatlar

Həm uşaqların, həm də öz övladlarının təhlükəsizliyinə biganə olmayan valideynlərin layiqincə qiymətləndirəcəkləri faydalı hədiyyə. Müasir smart-saatlarda inanılmaz sayda funksiya cəmləşib: GPS, telefon zəngləri, SOS düyməsi, ailə üzvləri üçün məsafədən izləmə, uşağın olduğu yerin təhlükəsizliyinə nəzarət, zəngli saat, fənər, fotokamera və s.

“Canyon” brendinin uşaq smart-saatı

Apple iPhone 11

Əla göstəricilərinə görə bu model uzun illərdir ki, “Apple” məhsulları arasında öz populyarlığını qorumaqdadır. Bununla belə, yeni modellərlə müqayisədə onun qiyməti xeyli münasibdir. Əgər sizin yeniyetmə övladınız “almalı” smartfon arzusundadırsa, 11-ci model uğurlu seçim olacaq.

Apple iPhone 11

Apple iPad

“Apple” planşetləri çoxdandır ki, məhsul ailəsi üçün özünəməxsus standarta çevrilib. Bir zamanlar onları “bu sahədə çevriliş etmiş inqilabi məhsul” adlandırırdılar, bu gün isə bu cihazlar həm ciddi iş adamları, həm də məktəblilər arasında populyarlıq qazanıb. Əgər övladınız çoxdan belə əşyanın intizarındadırsa, bəlkə onun arzusunu həyata keçirməyin zamanı yetişib?

Apple iPad 10th Gen

Oyun həvəskarları üçün

Termofincan

Bəzən oyun dostunuzun başını elə qatır ki, onun təzə dəmlənmiş çay və ya qəhvədən bir qurtum almağa belə vaxtı olmur? Termofincan bu cür hallar üçün gözəl həll yolu və əsl yerinə düşən hədiyyə olacaq. O, sevdiyiniz içkini bir neçə saat ərzində qaynar saxlayacaq.

Oyun kürsüsü

Əlbəttə ki, yer insanı deyil, insan yeri bəzəyir. Amma bu halda kürsü oyunun gedişatını dəyişə bilər. Tənzimlənən qoltuqaltları, yumşaq söykənəcək, başın dəstəyi – istehsalçılar oyunçunun hətta bir neçə saatlıq gərgin döyüşdən sonra belə yorğunluq hiss etməməsi üçün əllərindən gələni əsirgəmirlər.

“Canyon”dan geymer kürsüləri

Geymerlər üçün kompüter siçanı

Belə siçanlar erqonomikası, əlavə düymələrin mövcudluğu, əldə daha yaxşı yerləşməsinə imkan yaradan örtüyü, həmçinin son dərəcə dözümlü olmaları ilə fərqlənirlər. Axı əzəldən bəllidir ki, geymer siçanı xüsusi yüklənməyə məruz qalacaq.

“Canyon” brendindən GM20 geymer siçanı

Apple iPhone 14

“Alma” ailəsindəki bu yenilik “Apple” smartfonlarının həvəskarlarını mütləq həyəcanlandıracaq. Xüsusən də, nəzərə alaq ki, şirkət özü bu modeli ən avtonom “iPhone” adlandırıb. Həcmli batareyasına və enli displeyinə rəğmən, yeni məhsul çəkisinin az olması ilə fərqlənir.

Apple iPhone 14

Melomanlar üçün

Konsertə biletlər

Ən yaxşı hədiyyə - emosiyalardır! Hər hansısa tədbirə biletlər öz-özlüyündə artıq əla hədiyyədir, amma effekti kreativ qablaşdırma ilə daha da gücləndirmək olar. Əgər dostunuz çoxdandır sevimli ifaçının konsertinə getmək istəyirsə, siz ona arzusunu həyata keçirməyə yardım edə bilərsiniz.

Vinil albom qrammofonu

Əsl musiqi biliciləri üçün hədiyyə. Mütəxəssislər bildirirlər ki, belə qurğu canlı səsin reallığını və zənginliyini daha aydın əks etdirir. Müasir modellər USB konnektorları ilə təchiz olunublar, qoşulmanın və tənzimləmənin (plug-and-play) sadəliyi, eləcə də “əcdadları”nın həsəd apara biləcəyi digər funksiyalarla fərqlənirlər.

“Bang & Olufsen” qulaqlıqları

Yüksək keyfiyyətli səs həvəskarları üçün dəyərli hədiyyə. Danimarka brendi olan “Bang&Olufsen” 1925-ci ildən etibarən akustik mükəmməlliyin sinoniminə çevrilib. Deyirlər ki, məhz o, “Apple” şirkətini “iPod Classic”i yaratmağa ilhamlandırıb. Təəccüblü deyil ki, istənilən B&O məhsulu istənilən musiqi həvəskarı üçün ənb uğurlu hədiyyədir.

Bang & Olufsen Beoplay HXr

Qoy hədiyyələriniz həmişə uğurlu olsun! Qarşıdan gələn Yeni iliniz mübarək!

Paylaş:
1107

Son xəbərlər

Bütün xəbərlər