Gəncədə ev yandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə ev yandı

10:48 - 23 / 12 / 2022
Gəncədə ev yandı

Gəncədə yanğın hadisəsi baş verib.

1news.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Qəsəbə sakininə məxsus evdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı 2 otaqlı evin bir otağı əşyalarla birgə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.

Paylaş:
270

Son xəbərlər

Bütün xəbərlər