Dağ keçisi əti adı ilə uzunqulaq satmaq istəyən “Eşşək Tahir” saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Dağ keçisi əti adı ilə uzunqulaq satmaq istəyən “Eşşək Tahir” saxlanıldı

10:57 - 23 / 12 / 2022
Dağ keçisi əti adı ilə uzunqulaq satmaq istəyən “Eşşək Tahir” saxlanıldı

Sabirabadda uzunqulaq əti satmaq istəyən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbir nəticəsində Yaxadəllək kənd sakini Tahir Məstəliyevə məxsus həyətyanı sahəyə və yardımçı təsərrüfata keçirilən baxış zamanı oradan 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunaraq götürülüb.
Araşdırmalarla T.Məstəliyevin həmin heyvanları dağ keçisi adı ilə satmaq məqsədilə kəsməsi müəyyən olunub.

Qeyd edək ki, T.Məstəliyev bölgədə “Eşşək Tahir” adı ilə tanınır.

Paylaş:
1352

Son xəbərlər

Bütün xəbərlər