Sevgilisi Ronaldoya Milad bayramında “Rolls Roys” hədiyyə edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sevgilisi Ronaldoya Milad bayramında “Rolls Roys” hədiyyə edib - FOTO

16:08 - 26 / 12 / 2022
Sevgilisi Ronaldoya Milad bayramında “Rolls Roys” hədiyyə edib - FOTO

Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigesdən aldığı Milad hədiyyəsi bəlli olub.

1news.az-ın məlumatına görə, bu barədə 37 yaşlı futbolçunun özü paylaşım edib.

O, Corcinanın ona bağışladığı qırmızı lentlə bağlanmış “Rolls Roys” avtomobilinin şəklini paylaşıb. Ronaldo “Təşəkkür edirəm, mənim sevgim” sözlərini də qeyd edib. Rodriges isə hədiyyəni təqdim etdiyi anın videosunu paylaşıb.

Qeyd edək ki, Portuqaliya millisinin futbolçusu “Mançester Yunayted”dən ayrıldıqdan sonra azad agent statusuna malikdir.

1news.az

Paylaş:
520

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər