Laçın yolunda etiraz aksiyası 15 gündür davam edir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçın yolunda etiraz aksiyası 15 gündür davam edir - FOTO

Qafar Ağayev09:15 - 26 / 12 / 2022
Laçın yolunda etiraz aksiyası 15 gündür davam edir - FOTO

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq on beşinci gündür ki, davam edir.

1news.az Trend-ə istinadən xəbər verir ki, səhər saatlarından etibarən aksiya iştirakçıları etirazlarını davam etdirirlər.

Xatırladaq ki, dekabrın 4-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandan Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Paylaş:
682

Son xəbərlər

Bütün xəbərlər