Sabunçuda avtomobil təmiri sexində yanğın olub, 2 nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda avtomobil təmiri sexində yanğın olub, 2 nəfər xəsarət alıb

10:58 - 26 / 12 / 2022
Sabunçuda avtomobil təmiri sexində yanğın olub, 2 nəfər xəsarət alıb

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 50 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirdə olan “Fiat” markalı minik avtomobilinin yanar hissələri yanıb.

1news.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Xəbərə görə, yanğın zamanı 2 nəfər xəsarət alıb və yanğınsöndürənlər hadisə yerinə çatanadək xəstəxanaya aparılıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1news.az

Paylaş:
481

Son xəbərlər

Bütün xəbərlər