MM Ali Məhkəmənin 100 illiyi ilə bağlı yubiley medalının təsis edilməsini təsdiqləyib | 1news.az | Xəbərlər
Cəmiyyət

MM Ali Məhkəmənin 100 illiyi ilə bağlı yubiley medalının təsis edilməsini təsdiqləyib

13:06 - 27 / 12 / 2022
MM Ali Məhkəmənin 100 illiyi ilə bağlı yubiley medalının təsis edilməsini təsdiqləyib

Milli Məclis “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” yubiley medalının təsis edilməsi məsələsini təsdiqləyib.

1news.az xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923−2023)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi layihəsi müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiq edilib.

1news.az

Paylaş:
429

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər