Şəkidə narkotik satan keçmiş məhkum tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə narkotik satan keçmiş məhkum tutuldu

16:33 - 27 / 12 / 2022
Şəkidə narkotik satan keçmiş məhkum tutuldu

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat keçirilib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər də xuliqanlıq və narkotik cinayətlərinə görə bir neçə dəfə məhkum olunmuş Rafiq Əsgərov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı narkotik vasitə olan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir. Saxlanılan R.Əsgərov barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
421

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər