Marketdə kərə yağı adı altında bitki tərkibli yağların satıldığı aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Marketdə kərə yağı adı altında bitki tərkibli yağların satıldığı aşkarlanıb - FOTO

10:41 - 27 / 12 / 2022
Marketdə kərə yağı adı altında bitki tərkibli yağların satıldığı aşkarlanıb - FOTO

Marketdə kərə yağı adı altında bitki tərkibli yağların satıldığı aşkarlanıb.

Bu barədə 1news.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib.

Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Sadıllı qəs., məh. E-3, sahə 19m ünvanında fəaliyyət göstərən “Nur” marketdə keçirilmiş planlı yoxlama zamanı kərə yağı adı altında bitki tərkibli yağların, həmçinin istifadə müddəti bitmiş qida məhsullarının, mənşəyi məlum olmayan müxtəlif çeşidli turşuların satışının həyata keçirildiyi, həmçinin qida məhsullarının saxlanması zamanı mal qonşuluğu qaydalarının pozulduğu aşkar edilib.

Faktlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Araşdırmalar davam etdirilir.

1news.az

Paylaş:
393

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər