İstirahət günlərində hava necə olacaq? - Proqnoz | 1news.az | Xəbərlər
Cəmiyyət

İstirahət günlərində hava necə olacaq? - Proqnoz

Qafar Ağayev16:58 - 28 / 12 / 2022
İstirahət günlərində hava necə olacaq? - Proqnoz

Qış istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, 2022-ci il 31 dekabr, 2023-cü il 01-02-03 yanvar tarixində Şahdağda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi 5-10 m/s. Havanın temperaturu gecə 5-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Qəbələ rayonunda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-8° isti olacaq.

Quba, Qusar rayonlarındahava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq.

Balakən, Şəki, Zaqatala rayonunlarındahava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər zaatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3°-dək isti, gündüz 7-10° isti olacaq.

Göygöl rayonunda hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər zaatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° isti, gündüz 3-6° isti olacaq.

Paylaş:
305

Son xəbərlər

Bütün xəbərlər