ASCO istiqrazlarla Xəzərdənkənar fəaliyyətini genişləndirəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

ASCO istiqrazlarla Xəzərdənkənar fəaliyyətini genişləndirəcək

Qafar Ağayev11:51 - 28 / 12 / 2022
ASCO istiqrazlarla Xəzərdənkənar fəaliyyətini genişləndirəcək

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (“ASCO”) istiqrazlarnın satışa çıxarması kiçik bir addımdır, amma uzun bir yolun başlanğıcıdır”.

1news.az xəbər verir verdiyi bunu ASCO sədri Rauf Vəliyev "ASCO istiqrazları”nın tədavülə buraxılmasına həsr olunmuş tədbirdə çıxış edərkən bildirib.

“İstiqrazlardan əldə olunan gəlir “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzərdən kənar fəaliyyətinin genişləndirilməsinə yönəldiləcək” .
Onun sözlərinə görə, eləcə də istiqrazlardan əldə olunan gəlir beynəlxalq hövzələrdə istismar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldiləcək.
"Bununla belə, tədavülə buraxdığımız istiqrazlar ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə verəcək, vətəndaşlar üçün mənfəətli və etibarlı investisiya imkanları yaradacaq", - Rauf Vəliyev qeyd edib.

Mərasimdə Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov, Milli Məclisin üzvləri, bank və sığorta şirkətlərinin rəhbərləri, dənizçilər və media nümayəndələri iştirak ediblər.

Çıxışlardan sonra istiqrazların şərtləri və satış məntəqələri barədə məlumatları özündə əks etdirən video təqdim olunub.

Qeyd edək ki, istiqrazların nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi isə 6% təşkil edir. 100 min ədəd emissiya edilən istiqrazları həm fiziki, həm də hüquqi şəxslər əldə edə, bununla da ASCO istiqrazlarının investoru ola bilərlər.

İstiqraz sahiblərinə faiz dərəcələri ildə iki dəfə olmaqla 6 aydan bir ödəniləcək.

İstiqrazları həm ilkin, həm də təkrar bazardan almaq mümkündür. ASCO istiqrazlarını ilkin bazarda almaq üçün investorlar istiqrazın Anderrayteri - PAŞA Kapital İnvestisiya şirkətinə müraciət edərək abunə yazılmalıdırlar. Abunə yazılışının müddəti 60 gün təşkil edir.

Paylaş:
373

Son xəbərlər

Bütün xəbərlər