“Azeronline” 150 mindən artıq ev təsərrüfatı üçün yüksəksürətli internetə qoşulma imkanı yaradıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azeronline” 150 mindən artıq ev təsərrüfatı üçün yüksəksürətli internetə qoşulma imkanı yaradıb

Qafar Ağayev14:44 - 29 / 12 / 2022
“Azeronline” 150 mindən artıq ev təsərrüfatı üçün yüksəksürətli internetə qoşulma imkanı yaradıb

“Azeronline BM” LTD ölkənin yüksəksürətli internet və genişzolaqlı xidmətlərlə təmin edilməsi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Onlayn Azərbaycan” layihəsinə öz töhfəsini verməkdə davam edir.

Missiyası sürətli internet bağlantısını ölkənin hər bir guşəsində əhali üçün əlçatan etmək olan şirkət, strategiyasına uyğun olaraq ən ucqar yaşayış məntəqələrində belə şəbəkə quruculuğu və abunəçi qoşulması əməliyyatlarını uğurla həyata keçirir.

Belə ki, “Azeronline” tərəfindən yalnız 2022-ci il ərzində ölkənin 24 regionunda 225 yaşayış məntəqəsi GPON (Gigabit Passive Optical Networks – Giqabit Passiv Optik Şəbəkə) texnologiyası üzərindən genişzolaqlı internet xidmətləri ilə təmin edilib. Bununla da ölkə üzrə ümumilikdə Tovuz rayonu ərazisindəki Qoçdərə, Gədəbəydə Çaykəndi, Qubada Möhüc kimi ucqar dağ kəndlərinin də daxil olduğu 150.870 ev təsərrüfatı yüksəksürətli internetlə tam əhatə edilib. Həmçinin yüksək standartlarla ayaqlaşan bu xidmətin Suxtakələ (Quba), Gödəkdərə (Gədəbəy), Avdal (Tovuz) və digər bu kimi indiyədək rabitə xətləri olmayan kəndlərdə də təmin edilməsi şirkətin missiyasına uyğun fəaliyyətini bir daha təsdiqləyir. 2021-2022-ci illər ərzində şirkət tərəfindən 126 yaşayış məntəqəsində toplam 32.000-ə yaxın telefonsuz təsərrüfatın yüksəksürətli internetə çıxışı təmin olunub.

Şirkət sözügedən ərazilərdə həm fərdi, həm də korporativ müştərilərinə yüksəksürətli internet xidmətindən istifadə imkanı yaradıb. Bu texnologiya vasitəsilə müştərilər sürətli internet xidməti ilə bərabər telefoniya və televiziya xidmətlərindən də istifadə edə bilirlər.

Qeyd edək ki, təklif olunan etibarlı internet bağlantısı xüsusi üstünlükləri ilə digərlərindən fərqlənir. Həmin üstünlüklər sürətli quraşdırma, kəsintisiz internet təminatı, naqilsiz qoşulma və etibarlı bağlantıdan ibarətdir. Aylıq abunə haqqı müştərinin seçdiyi tarif paketindən asılı olaraq 15 AZN-dən başlayır.

Məlumat üçün bildiririk ki, “Azeronline BM” LTD-nin Çağrı mərkəzi ay ərzində 25 mindən çox zəng qəbul edərək 24/7 aktiv müştəri xidmətləri göstərir. GPON texnologiyası ilə fiber-optik internetə qoşulmaq və digər xidmətlərə dair daha ətraflı məlumat əldə etmək üçün “Azercell” nömrələrindən 2020 və ya şəhər nömrələrindən 450 2020 nömrəsinə zəng etmək kifayətdir. Həmçinin sürətli və kəsintisiz internetə qoşulmaq istəyənlər ONLAYN QEYDİYYAT səhifəsində qeydiyyatdan keçməklə qısa zamanda Optik İnternet istifadəçisinə çevrilə bilərlər.

Şirkət haqqında

“Azeronline” LTD Birgə Müəssisəsi 1999-cu il, 29 dekabr tarixində “Azercell Telekom” BM tərəfindən təsis edilib. Azərbaycanda yaranan ilk internet provayder şirkətlərindən biri olan “Azeronline” hazırda həm fərdi, həm də korporativ müştərilərinə müasir texnologiyalara əsaslanan FTTx, Simsiz və Ayrılmış xətt kimi internet xidmətləri təqdim edir. 70 mindən çox müştəri bazasına sahib olan şirkətin müştəriləri arasında iri şirkətlər, banklar, eləcə də dövlət qurumları yer almaqdadır.

Paylaş:
994

Son xəbərlər

Bütün xəbərlər