Mobil telefonların ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mobil telefonların ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb

15:20 - 29 / 12 / 2022
Mobil telefonların ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları 14 ədəd mobil telefonun qanunsuz şəkildə ölkəyə gətirilməsinin qarşısı alınıb.

1news.az-ın DGK-ya istinadən verdiyi məlumata görə, komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində 14 ədəd mobil telefonun qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Belə ki, “Terminal-1 Beynəlxalq Hava Limanı” gömrük postunun gəliş zalında şübhəli hərəkətləri ilə diqqət çəkən şəxs nəzarətə götürülüb. Həmin şəxs gömrük ərazisini tərk edərkən gömrükçülər tərəfindən saxlanılıb və yoxlama otağına dəvət olunub. Yoxlama zamanı onun üzərindən gömrük nəzarətindən gizlədilən 8 ədəd “İphone 14 Pro” və 6 ədəd “İphone 14 Pro Max” markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
268

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər