Biləsuvarda avtomobil aşıb, xəsarət alanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləsuvarda avtomobil aşıb, xəsarət alanlar var

17:05 - 29 / 12 / 2022
Biləsuvarda avtomobil aşıb, xəsarət alanlar var

Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, minik avtomobilinin aşması nəticəsində Bakı şəhər sakinləri - 1971-ci təvəllüdlü S.Süleymanova və 1975-ci il təvəllüdlü Ə.Hüseynova xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
311

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər