Mac vs PC: Nə üçün biznesinizin Apple kompüterinə ehtiyacı var? - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mac vs PC: Nə üçün biznesinizin Apple kompüterinə ehtiyacı var? - FOTO

12:01 - 29 / 12 / 2022
Mac vs PC: Nə üçün biznesinizin Apple kompüterinə ehtiyacı var? - FOTO

Mac və PC istifadəçiləri arasında mübahisələr səngimir. Hər platformanın öz üstünlükləri var, lakin çox vaxt seçim yalnız qiymətlə bağlı olur. Apple məhsulları üstün performansı, davamlılığı və təhlükəsizliyi ilə tanınır, buna görə də onları büdcəyə uyğun adlandırmaq olmaz. Nəticədə bəzi istifadəçilər Windows kompüterlərinə üstünlük verirlər. Bəs bu qənaət gələcəkdə özünü doğruldur? Azərbaycanda Apple avadanlıqlarının rəsmi reselleri olan ASBC şirkətinin mütəxəssislərindən ətraflı şəkildə bu məsələ ilə bağlı fikirlərini öyrənə bilərsiniz.

Forrester Consulting analitik agentliyi və dünyanın ən böyük avadanlıq və proqram təminatı istehsalçısı və təchizatçısı olan IBM İT investisiyalarına fərqli bucaqdan baxıb. Analitiklər belə qənaətə gəliblər ki, avadanlığa sahiblik dəyərinin obyektiv hesablanması üçün cihazın bütün həyat dövrünü nəzərə almaq lazımdır. Tədqiqat nəticəsində məlum oldu ki, bir biznes kompüteri ilə müqayisədə MacBook-un üç illik istifadəsindən təxminən 843 dollar qənaət edilir.

Ümumi Mülkiyyət Dəyəri nədir?

İlk baxışdan Apple kompüterlərinin qiyməti həqiqətən də bahadır. Bununla belə, bunlar yalnız ilkin xərclərdir və ən böyük yanlış fikir, avadanlıqların alınması zamanı başa çatmasıdır. Əslində, cihazların ümumi mülkiyyət dəyərinin 50 %-dən azına başa gəlir. Yerləşdirmə, İT dəstəyi, idarəetmə, proqram təminatı, təmir xərcləri ümumi xərc hesablamalarından kənarda qalmamalı olan möhkəm balansdır.

Məlum olub ki, ümumi mülkiyyət dəyəri (TCO) şirkət aktivinə, bu halda İT infrastrukturuna sahib olmaq üçün birbaşa və dolayı xərclərin maliyyə qiymətləndirilməsidir. Forrester Consulting-in araşdırmasına görə, Mac-lara texniki xidmət göstərmək üçün digər kompüterlərə nisbətən daha qənaətcildir.

Forrester Consulting-in 2021-ci il tədqiqatı hər iki platformada istifadə təcrübəsinə sahib 10 böyük şirkət və 3 il ərzində 33.000-dən çox Mac işçisini ehtiva edirdi. 2022-ci ildə ASBC mütəxəssisləri İT seqmentində populyar olan yeni notbuk modellərini nəzərə alaraq öz hesablamalarını apardılar. Nəticədə məlum oldu ki, bir Mac-ın satın alınması onun üç illik dəstəyi və əməliyyat xərcləri PC ilə müqayisədə düz 911 dollar azdır.

Hər bir texnopark üzrə hesablamalar konkret briflər və bazar xüsusiyyətləri nəzərə alınmaqla fərdi qaydada aparılır. Qiymət almaq üçün ASBC mütəxəssisləri ilə əlaqə saxlayın.

Mac-a keçmək istəyir lakin hələ də tərəddüd edirsinizsə, biz sizə sürətli qərar verə bilməyiniz üçün 5 səbəb deyəcəyik.

Səbəb №1: Mac biznes üçün İT dəstək xərclərini azaldır

Şirkətdə MacBook istifadə etmək həqiqətən asan, rahat və sərfəlidir. Apple istifadəçilərə intuitiv interfeys və mükəmməl proqram təminatı, o cümlədən onların uzaqdan idarə edilməsi təklif edir. Cihaz idarəetmə seçimlərindən biri JAMF-dir. Bu xidmət təhlükəsiz və səmərəli işi təmin edir, həmçinin sizə Mac, iPad, iPhone, Apple TV-nizi bir neçə kliklə, hətta onlara toxunmadan qoşmağa, quraşdırmağa və idarə etməyə imkan verir. Təsəvvür edin ki, bütün dünyaya yayılmış işçiləri olan şirkətlər üçün nə qədər rahat və sərfəlidir.

Dünyanın ən böyük təşkilatları uzun müddətdir ki, Apple cihazlarını iş proseslərinə tətbiq edirlər. IBM-də Windows-dan Mac-a keçid təcrübəsini nəzərdən keçirə bilərsiniz.

2015-ci ildə IBM rəhbərliyi öz işçilərinə işləmək üçün platforma seçimi verməklə Mac@IBM proqramını işə saldı. 30.000 MacBook-un yerləşdirilməsi ilə başlanıldı. Cəmi bir neçə il sonra IBM onların sayını 100.000 ədədə çatdırdı. İşçilərin yalnız 5 %-nin texniki dəstəyə ehtiyacı olduğu halda, fərdi kompüter istifadəçiləri arasında bu rəqəm 40 %-dir. Çoxlu sayda İT mütəxəssislərinin saxlanmasına ehtiyacın olmaması əməkhaqqına və digər resurslara (məsələn, iş sahəsi avadanlığı) qənaət etməyə imkan verdi. Həmin təcrübə nəticəsində IBM hər yeni Mac istifadəçisi üçün 543 dollar qazanc əldə etdi.

2019-cu ilin sonlarında IBM-in vitse-prezidenti Fletçer Previn IBM and Jamf: Technology Choice Improves Performance and Satisfaction tədbirindəki çıxışı zamanı dedi ki, “yerləşdirilən Mac-lərin sayı 290.000-ə çatıb və artmaqda davam edir. Texniki dəstək 78 mütəxəssis tərəfindən həyata keçirilir”.

Səbəb # 2: Mac yenidən satış zamanı daha bahalıdır

Apple öz kompüterlərini yaratmaq üçün yüksək keyfiyyətli materiallardan və birinci dərəcəli proqram təminatından istifadə edir. Bu, avadanlığın davamlılığına və əla performansına zəmanət verir. Üstəlik sonrakı satışda yüksək qalıq dəyəri də var.

2018-ci ildə Microsoft araşdırması göstərdi ki, kompüterin optimal ömrü 4 ildən çox deyil. Eyni zamanda, Mac 5 ildən 7 ilə qədər xidmətinizdədir. Yaxşı istifadə ilə bəlkə daha da uzun illər. Buna görə də, Mac-i yenidən satarkən, PC-dən daha yüksək dəyərə sahib olacaq.

Müqayisə üçün. ASBC mütəxəssisləri 3 illik istifadədən sonra Mac-ın qalıq dəyərini hesablayıblar: 610 dollar, PC isə cəmi 137 dollar.

Yeri gəlmişkən, siz buyBack və Trade-in xidmətlərindən də istifadə edə bilərsiniz. Bu, şirkətə köhnəlmiş cihazların köhnəlməsi, saxlanması və utilizasiyası xərclərini azaltmağa imkan verəcək. BuyBack vəziyyətində siz həmçinin əvvəlcədən razılaşdırılmış şərtlərlə zəmanətli avadanlıq alacaqsınız.

Səbəb №3: Mac Komandanın Məhsuldarlığını və Loyallığını artırır

Özünüz test edə bilərsiniz. Başlamaq üçün təcrübə aparın və işçilərinizə seçim təklif edin: Windows-da fərdi kompüter və ya MacBook. Güman edə bilərik ki, onların əksəriyyəti əvvəllər belə təcrübəyə malik olmasalar da, Apple notbuklarında işləməyə üstünlük verəcəklər.

2019-cu ildə qlobal müstəqil tədqiqat şirkəti olan Vanson Bourne, proqram təminatı tərtibatçısı Jamf və Apple korporasiyası ilə bir araşdırma aparmaq üçün əməkdaşlıq etdi. Mütəxəssislər istifadəçilər arasında sorğu keçirib və müəyyən ediblər ki, 4 işçidən 3-ü Mac kompüterinə üstünlük verir. Komandanın özləri üçün ən yaxşısını seçməsinə şans verin. Bunun onların loyallığına və məhsuldarlığına necə müsbət təsir edəcəyini görün.

Bu, sadəcə təxmin deyil. Jamf-ın üç illik təcrübəsi sübut edir ki, Mac həqiqətən işçilərin işdə qalmasını 20 % və məhsuldarlıq səviyyəsini 5 % artırır və nəticədə əlavə 104 iş saatı əldə edilir. Yeri gəlmişkən, əvvəllər fərdi kompüterdən istifadə edən istifadəçilərin 74%-i Mac-a keçdikdən sonra daha az texniki problemlə üzləşib.

Məsələn, ən populyar kompüter performans testlərindən olan Geekbench, 13 düymlük 2020 MacBook Pro M1 ilə oxşar xüsusiyyətlərə malik Microsoft Corporation Surface Laptop 3-ü müqayisə etdi. Mac bir nüvəli performans üçün 1725 və çox nüvəli performans üçün 7454, Windows nümunəsi isə bu parametrlər üçün 1230 və 4440 bal toplayıb.

2021-ci ilin sonunda Apple 14 və 16 düym diaqonallı yeni nəsil MacBook Pro-ları təqdim etdi. Üstəlik son beş ilin ən iddialı yeniləməsi olduğu məlum oldu. Görünüş, displeylər, kamera, dinamiklər, klaviatura, konnektorlar dəyişdi, lakin ən əsası, yeni modellər Apple tarixində ən güclü M1 Pro və M1 Max çipsetlərini əldə etdi. Hansı konfiqurasiyanı seçsəniz, performans, enerji səmərəliliyi və batareyanın ömrü fenomenal olacaq! Bundan əlavə, çiplər iOS və iPadOS proqramları ilə uyğun gəlir və onların Mac-da işləməsinə imkan verir.

Peşəkarlar yeni Mac-lərdə əvvəllər qeyri-mümkün görünən şeylər yarada biləcəklər. Əvvəllər kompüterdə işləmiş olsanız belə, yeni texnologiya növünə asanlıqla uyğunlaşa bilərsiniz. Apple öz istifadəçilərinin qayğısına qalır, buna görə də macOS sistemi çox "dostdur", rahat və intuitivdir. Bununla belə, hər hansı bir çətinlikiniz varsa, ASBC mütəxəssisləri yeni başlayanlara yeni "sahəyə" öyrəşməyə kömək edə bilər. Bunun üçün fərdi və ya qrup təlimi xidmətindən istifadə edin.

Səbəb # 4: Mac daha təhlükəsizdir

Uğurlu biznes layihələri mütəmadi olaraq hakerlərin hücumuna məruz qalır. Sizin vəzifəniz onlar üçün asan hədəfə çevrilməməkdir. Axı korporativ və şəxsi məlumatların itirilməsi maliyyə aktivlərinə və şirkətin nüfuzuna sarsıdıcı zərbə vura bilər. 2019-cu ildə IBM Security ve Ponemon Institute informasiya pozulmasının ortalama xərcini 3.900.000 dollar dəyərində qiymətləndirdi. Əlbəttə ki, məbləğlər şirkətin əhatə dairəsindən və miqyasından asılı olaraq dəyişə bilər.

Tədqiqat və konsaltinq firması Gartner həmçinin müəyyən edib ki, İT təşkilatları bir istifadəçi kompüterinin təhlükəsizliyini təmin etmək üçün ildə orta hesabla 2000-2300 dollar xərcləyir. Böyük bir şirkət kontekstində xərclərin nə qədər olacağını özünüz təsəvvür edin. Mac bunlardan qaçmağa kömək edəcək.

Apple kompüterləri aparat və proqram səviyyəsində mümkün olan əksər kibertəhlükələrə qarşı daxili müdafiəyə malikdir. Bu, hər yerləşdirilən Mac üçün məlumat sızması riskini 50 % azaldır, həmçinin texniki dəstək xidmətinə edilən zənglərin sayını minimuma endirir. Yalnız macOS yeniləmələri barədə bildirişləri vaxtında almaq vacibdir - yükləmə avtomatik olaraq başlayacaq və əlavə ödəniş tələb olunmur. Bundan əlavə, bütün Mac proqramları təcrid olunmuş rəqəmsal AppStore-dan endirilir və burada ciddi sınaqdan keçirilir.

Səbəb №5: Mac-ın öz proqramı var və digər cihazlarla yaxşı inteqrasiya olunur

Apple texnologiyası üçün vihaz və proqram təminatı hazırlamasının bir sıra üstünlükləri var.

· macOS əməliyyat sistemi Mac-a mükəmməl uyğunlaşır. Mac kimi yüksək keyfiyyətli məhsulun yaradılması, digər nüanslarla yanaşı, şirkətin istehsal etdiyi avadanlıq üçün proqram təminatını müstəqil şəkildə hazırlaması sayəsində mümkün olur.

· Şirkət proqram tərtibatçılarının işinə ciddi nəzarət edir. Onların hamısı App Store siyahısına düşməzdən əvvəl bir sıra testlərdən keçir.

· Lazımi proqramların əsas hissəsi Mac-da quraşdırılmışdır. Onların arasında Pages, Numbers, Keynote, Kalendar, E-poçt və s. var. Bu isə o deməkdir ki, kompüter artıq işləməyə hazırdır.

Windows üçün bütün lisenziyalı proqramlar pulla başa gəlir. Əslində, həm də sistemin özünü yeniləmək. MacOS isə pulsuzdur, domenlərin əlaqələndirilməsini (hətta Microsoft Active Directory) dəstəkləyir, tam disk şifrələməsini, FileVault-u ehtiva edir, ona görə də zərərli proqram və viruslara qarşı əlavə qorunmanın quraşdırılmasına ehtiyac yoxdur.

Həmçinin, Apple cihazları ilə birlikdə əla işləyir. Vahid ekosistem sayəsində Mac, iPad, iPhone-da bütün hərəkətlər daha asan, daha rahat və sürətli olur. Bundan əlavə, Apple platforması Microsoft həlləri (MS Office, Microsoft365, Microsoft Active Directory və s.) ilə də rahat inteqrasiyaya nail olmuşdur. Əgər istifadəçi hələ Numbers ilə tanış olmağa hazır deyilsə, populyar Excel proqramında işləməyə davam edə bilər. Seçim həmişə istifadəçinin ixtiyarındadır.

Bonus: Mac şirkətin imicinə də müsbət təsir göstərir

İmic - incə bir məsələdir. İmic hesabatlardakı rəqəmlərdən daha az nəzərə çarpan aspektlərdən ibarətdir. Müştərilərin və tərəfdaşların şirkətiniz və xidmətləriniz haqqında nə düşündüklərinə məharətlə təsir göstərməlisiniz. Ofisə girəndə nə görürlər? Komanda ilə ünsiyyətdə olarkən nə hiss edirlər?

Mac uğurlu və müasir bir cihazdır. Eleqant dizaynı bütün dünyada tanınır. İmicinizə əhəmiyyət verdiyinizi, ən yaxşısını seçdiyinizi, inkişaf etdiyinizi və biznesinizə investisiya qoymağa hazır olduğunuzu söyləyir. Bu fəlsəfə bir çox şirkətlər tərəfindən mənimsəlinib.

Yekun

Əgər komanda səriştəli, motivasiyalı və işi yerinə yetirmək üçün ən yaxşı vasitələrə malik olsa, o vaxt biznes də inkişaf edər. Apple texnologiyası yüksək performansa və qabaqcıl xüsusiyyətlərə, istifadəçi dostu interfeysə və vahid ekosistemə, gözoxşayan dizayna və etibarlı təhlükəsizliyə malikdir. Həm də ilk baxışdan görünməyən, lakin uzunmüddətli perspektivdə əhəmiyyətli qənaətlər də vəd edir.

ASBC – Azərbaycanda Apple şirkətinin rəsmi tərəfdaşıdır. 2004-cü ildən bəri şirkətin mütəxəssisləri İT seqmentində avadanlıq və müxtəlif həllər təklif edirlər. İnformasiya texnologiyaları sahəsindəki işlər 8 ölkədə üç istiqamət üzrə aparılır.

ASBC mütəxəssisləri biznesiniz üçün düzgün həlli tapacaq və bahalı səhvlərdən qaçmağınıza kömək edəcəklər. MacBook alınması üçün unikal korporativ şərtləri öyrənmək üçün asbc.az saytına daxil olun və ya +994512308855 mobil nömrəsi ilə əlaqə saxlayın.

Reklam hüququnda

Paylaş:
647

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər