Məişət zorakılığına qarşı mübarizə - “Çıxışa doğru”da MÜZAKİRƏ

Məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir. Məişət zorakılığının qarşısının alınması – məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlərdir.
Qanunvericiliyə müvafiq olaraq məişət zorakılığının qarşısının alınmasını yerli icra hakimiyyəti orqanları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyi həyata keçirir.
1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Məişət zorakılığına qarşı mübarizə" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Tural Hüseynzadə - Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması üzrə sektorun baş məsləhətçisi, Nailə İsmayılova - "Yeni həyat" humanitar və sosial dayaq İctimai Birliyinin sədri, Fariz Əkbərov - "Hüquqi sosial yardım və maarifləndirmə" İctimai Birliyinin sədri və Əfsanə Rüstəmova - psixoloq, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: