AzTU-ya yeni prorektor təyin olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

AzTU-ya yeni prorektor təyin olunub - FOTO

17:20 - 30 / 12 / 2022
AzTU-ya yeni prorektor təyin olunub - FOTO

Elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Nərmin Rzayeva Azərbaycan Texniki Universitetinin (AzTU) sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.

Bu barədə 1news.az-a Universitetin mətbuat xidmətindən xəbər verilib.

AzTU-nun rektoru Vilayət Vəliyev yeni prorektoru kollektivə təqdim edib. Bildirib ki, Nərmin Rzayeva müxtəlif ali məktəblərdə bir sıra vəzifələrdə çalışıb. Onun həm tədris, həm də ictimaiyyətlə əlaqələr sahəsində kifayət qədər təcrübəsi var. Bundan əlavə, Nərmin Rzayeva Niderlandın Leiden Universitetində elmmetriya ixtisası üzrə təhsil alıb. O həmçinin texnika üzrə fəlsəfə doktorudur.

Paylaş:
919

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər