Sumqayıtda mənzildən 23 min manatlıq oğurluq oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda mənzildən 23 min manatlıq oğurluq oldu

10:23 - 30 / 12 / 2022
Sumqayıtda mənzildən 23 min manatlıq oğurluq oldu

Sumqayıtda mənzildən 22 min manatlıq oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, şəhəri ərazisindəki mənzillərin birindən 15.000 manat, 5.000 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Talib İsgəndərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
468

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər