“Azərbaycan Dəmir Yolları”na məxsus vaqonlarda yanğın baş verdi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan Dəmir Yolları”na məxsus vaqonlarda yanğın baş verdi

15:32 - 03 / 01 / 2023
“Azərbaycan Dəmir Yolları”na məxsus vaqonlarda yanğın baş verdi

Paytaxtın Qaradağ rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dəmiryolu stansiyasının ərazisində istifadəsi dayandırılmış 2 ədəd vaqonun taxta və penoplastdan ibarət üzlüyü yanıb.

1news.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı digər vaqonlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
459

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər