İsmayıllıda yol qəzası baş verdi

İsmayıllı-Qəbələ avtomobil yolunun İsmayıllı rayonunun Buynuz kəndi ərazisində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
1news.az APA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində “Chevrolet” markalı avtomobil yoldan çıxaraq ağaclara çırpılıb. Hadisə nəticəsində Bakı şəhər sakini 1947-ci il təvəllüdlü Əliyeva Səyyarə Böyükağa qızı və 1996-cı il təvəllüdlü həmyerlisi Gülnarə Fuad qızı müxtəlif bədən xəsarətləri alıblar.
782