Tovuzda qatarın adam vurması faktı üzrə cinayət işi başlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda qatarın adam vurması faktı üzrə cinayət işi başlanıb

Qafar Ağayev15:28 - 04 / 01 / 2023
Tovuzda qatarın adam vurması faktı üzrə cinayət işi başlanıb

Yanvarın 3-də saat 20 radələrində Azərbaycan Dəmir Yolları QSC-yə məxsus qatarın Tovuz rayonu ərazisindən keçən zaman 1986-cı il təvəllüdlü Tural Yaqubovu vurması və onun aldığı xəsarətlərdən ölməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatında hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Paylaş:
399

Son xəbərlər

Bütün xəbərlər