Yevlaxda 43 yaşlı kişi avtomobili ilə itkin düşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlaxda 43 yaşlı kişi avtomobili ilə itkin düşüb - FOTO

Qafar Ağayev12:24 - 04 / 01 / 2023
Yevlaxda 43 yaşlı kişi avtomobili ilə itkin düşüb - FOTO

Yevlax rayonunda 40 yaşlı kişi itkin düşüb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, Yevlax rayonunun Hacıselli kəndində yaşayan 1983-cü il təvəllüdlü Rəşad Kərimov ötən ilin dekabr ayının 30-da idarə etdiyi “Niva” markalı avtomobillə yaşadığı ünvanı tərk edərək geri qayıtmayıb. Onun əlamətləri belədir: 172 sm boyu, gözlərini rəngi qəhvəyi, qısa qara saçlı orta bədən quruluşludur. Əynində boz rəngli cins şalvar, göy və ağ rəngli köynək, qara rəngli qısa gödəkçə, ayağında göy rəngli ayaqqabı olub. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan Yevlax Rayon Polis Şöbəsinin 022-336-45-02 və 050-682-21-02 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

Paylaş:
578

Son xəbərlər

Bütün xəbərlər