FHN Sumqayıtda qanunsuz obyekti sökdü - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN Sumqayıtda qanunsuz obyekti sökdü - FOTO - VİDEO

Qafar Ağayev12:44 - 05 / 01 / 2023
FHN Sumqayıtda qanunsuz obyekti sökdü - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN Mətbuat xidmətin 1news.az-a verilən məlumata görə, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində müvafiq icazəverici sənədlər olmadan və yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.

Paylaş:
475

Son xəbərlər

Bütün xəbərlər