“Ov üçün ölkəmizə gələn ərəb turistlərin sayı azalıb”

“Ov üçün ölkəmizə gələn ərəb turistlərin sayı azalıb”.
1news.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, bu, ola bilsin ictimai nəzarətin güclənməsinin nəticəsidir: “Ümumiyyətlə həm yerli, həm də xarici ovçu sayında azalma müşahidə edilir”.
Çıxışında sellofan paketlərin istehlakdan yığışdırılması məsələsinə də toxunan Hikmət Əlizadə bunun yaxın 10 il ərzində mümkün olmayacağına inandığını ifadə edib: “Lakin buna baxmayaraq, müvafiq qərarlar qəbul edilib və daha yüksək mikronlu paketlərin istehsalına icazə verilib”.
APA
386