Həkimlərin sertifikasiya imtahanları bərpa edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Həkimlərin sertifikasiya imtahanları bərpa edilir

16:33 - 06 / 01 / 2023
Həkimlərin sertifikasiya imtahanları bərpa edilir

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin 26 dekabr 2022-ci il tarixindən texniki səbəblərdən təxirə salınmış sertifikasiya imtahanlarının 11 yanvar 2023-cü il tarixindən etibarən keçirilməsi bərpa edilir.

Bu barədə 1news.az-a Səhiyyə Nazirliyindən xəbər verilib.

Həmin tarixlərdə imtahanı təxirə salınmış şəxslərə yeni imtahan tarixləri və yenilənmiş imtahan buraxılış vərəqələri cari ilin yanvar ayının 9-da təkrar göndəriləcək.

11 yanvar 2023-cü il tarixində keçiriləcək sertifikasiya imtahanında iştirakı nəzərdə tutulan şəxslər imtahan buraxılış vərəqəsində qeyd olunmuş ünvan və saatda sertifikasiya imtahanında iştirak üçün dəvət olunurlar.

Paylaş:
384

Son xəbərlər

Bütün xəbərlər