Qeyri-sabit hava şəraitinə görə məktəblər bağlanacaq? - Nazirlikdən açıqama

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq ölkə üzrə ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti nisbətən azalıb.
Bu barədə 1news.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
"Bu, dağlıq və dağətəyi rayonlarında dərsə davamiyyətə daha çox təsir edib. Şaxtalı hava şəraiti ilə bağlı bəzi ümumi təhsil müəssisələrində istilik təminatı ilə bağlı problemlər qeydə alınıb. Həmin məktəblərdə istiliyin bərpası istiqamətində işlər aparılır".
Nazirlikdən qeyd edilib ki, qeyri-sabit hava şəraiti ilə bağlı məktəblərin bağlanmasına dair hər hansı bir rəsmi qərar verilməyib.
499