Səlim Müslümov dövlətə vurduğu bütün ziyanı tam ödəyib - Məhkəmə | 1news.az | Xəbərlər
Cəmiyyət

Səlim Müslümov dövlətə vurduğu bütün ziyanı tam ödəyib - Məhkəmə

17:29 - 09 / 01 / 2023
Səlim Müslümov dövlətə vurduğu bütün ziyanı tam ödəyib - Məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri iş üzrə hər hansı bir vəsatətlərinin olmadığını bildiriblər.

Məhkəmədə bildirilib ki, istintaqda ümumilikdə 27 milyon mənimsəmə və israfetmə faktı qeydə alınıb.

Cinayət işində adı keçən bəzi fərdi tikinti işləri ilə məşğul olan şirkətlər iş görən zaman mənimsəmə hallarına yol veriblər. Ümumilikdə 7 milyon mənimsəyiblər.

Bununla bağlı istintaq orqanı tərəfindən ayrıca iş açılıb. Həmin istintaq zamanı bu günə qədər dövlətə dəymiş ziyanın 1 milyon 500 min manat təşkil edən hissəsi ödənilib.

Səlim Müslümov isə özü tərəfindən dövlətə dəymiş bütün ziyanı - 20 milyonu ödəyib.

Prosesdə dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 23-nə təyin edilib.

Paylaş:
473

Son xəbərlər

Bütün xəbərlər