Son iki gündə Quba, Qusar və Xaçmazda 69 avtomobilə ziyan dəyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Son iki gündə Quba, Qusar və Xaçmazda 69 avtomobilə ziyan dəyib

10:56 - 09 / 01 / 2023
Son iki gündə Quba, Qusar və Xaçmazda 69 avtomobilə ziyan dəyib

Son iki gün ərzində kəskin hava şəraiti ilə əlaqədar Quba, Qusar və Xaçmaz rayonları ərazisində 35 yol nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, son iki gün ərzində qarlı hava şəraiti ilə bağlı Qusarda 7 (07.01.23 - 2- 08.01.23 - 5) nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 16 avtomobilə zərər dəyib.

Xaçmazda 13 (07.01.23 - 4 - 08-01-23 - 9) nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 26 avtomobilə zərər dəyib."

Qubada 15 (07.01.23 - 6 - 08.01.23 - 9) nəqliyyat hadisəsi olub, nəticədə xəsarət alan olmayıb, 27 avtomobilə zərər dəyib."

Paylaş:
253

Son xəbərlər

Bütün xəbərlər