Siyəzəndə iki polis dəm qazından boğularaq ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Siyəzəndə iki polis dəm qazından boğularaq ölüb

Qafar Ağayev11:13 - 09 / 01 / 2023
Siyəzəndə iki polis dəm qazından boğularaq ölüb

Siyəzən rayonunda iki polis zabiti dəm qazından boğularaq vəfat edib.

DİN-in mətbuat xidmətindən 1news.az-a bildirilib ki, araşdırmalarla yanvarın 8-dən 9-na keçən gecə Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov, 36 yaşlı Faiq İsgəndərovun kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq vəfat etmələri məlum olub.

"Həmkarlarımızın vəfatından dərin təəssüf hissi keçirir, hər iki mərhumun ailəsə başsağlığı veririk, səbr diləyirik" - deyə, mətbuat xidmətinin məlumatında qeyd olunub.

Paylaş:
334

Son xəbərlər

Bütün xəbərlər