Narkotikin təsiri altında olan sürücü həbs edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Qafar Ağayev10:53 - 10 / 01 / 2023
Narkotikin təsiri altında olan sürücü həbs edildi

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yanvarın 8-də saat 14 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində dövlət qeydiyyat nişanının üzərinə örtük çəkilən “Mercedes” markalı avtomobil saxlanılıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən 1news.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücü, Bərdə rayon sakini Şamxal Qasımovun narkotik vasitənin təsiri altında olması müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9, 327.3, 334.3 və 511-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

Qaradağ rayon məhkəməsinin qərarına əsasən, Ş.Qasımov 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Paylaş:
329

Son xəbərlər

Bütün xəbərlər