Hərbçimiz intihar etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbçimiz intihar etdi

11:21 - 10 / 01 / 2023
Hərbçimiz intihar etdi

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Vüsal Akif oğlunun 09 yanvar 2023-cü il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədəHərbi Prokurorluqdan bildirilib.

Daxil olmuş məlumat əsasında Gəncə hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə gedilib, zəruri hərəkətlər icra olunub.

Fakt üzrə Gəncə hərbi prokurorluğunda araşdırma aparılır və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Paylaş:
375

Son xəbərlər

Bütün xəbərlər