Milli parkların ərazisində mühafizə rejimini pozan şəxslər cəzalandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli parkların ərazisində mühafizə rejimini pozan şəxslər cəzalandırılıb

Qafar Ağayev12:57 - 10 / 01 / 2023
Milli parkların ərazisində mühafizə rejimini pozan şəxslər cəzalandırılıb

Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun ərazisində ov edən şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev 1news.az-a bildirib ki, araşdırma zamanı brakonyerin Goranboy rayon sakini Emil Əsgərov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunan ov alətləri götürülüb.

O vurğulayıb ki, Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı isə milli parkın ərazisində mühafizə rejimini pozan Masallı rayon sakini Müqəddəs Şahbazov saxlanılıb.

Hər iki faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.

Paylaş:
243

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər